Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İqtisadiyyat İnstitutunun “Turizm 2016” bülleteni çap olunub
12.05.2017 11:51
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun “Turizm 2016” bülleteni çap olunub

AMEA-nın İqtisadiyyat İnstitutu iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlərin buraxılışına başlayıb. Bu günlərdə institutun elmi işçisi Leyli Allahverdiyevanın müəllifliyi ilə “Turizm 2016” adlı ilk bülleten nəfis şəkildə çap olunub.

Mayın 11-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında illik bülletenlərlə bağlı müzakirələr aparılıb. Bu müəssisənin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda daha üç bülleten - professor Tərbiz Əliyevin hazırladığı “Kommunal xidmətlər - 2016” və “Kimya sənayesi 2016”, i.ü.f.d. Məzəddin Əyyubovun hazırladığı “Energetika kompleksi 2016” çapa tövsiyyə olunub. Bülletenlərin buraxılışı üzrə məsul şəxs i.f.d. M.Əyyubovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: