Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi Naxçıvan Bölməsində qeyd edilib
10.05.2017 10:27
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi Naxçıvan Bölməsində qeyd edilib

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bütün həyatını xalqına həsr edən, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətindən, xalq, millət, Vətən qarşısında tarixi xidmətlərindən danışıb.

“Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”  deyən Ə.Quliyev bildirib ki, dahi şəxsiyyətin ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Qeyd edib ki, iqtisadiyyat, elm, təhsil, səhiyyə, tarix, mədəniyyət, incəsənət, ekologiya və digər sahələrin gələcək inkişafı üçün böyük işlər görən Heydər Əliyevin müəyyən etdiyi işıqlı yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsidir ki, Azərbaycan bütün sahələr üzrə inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu gücləndirir. Ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində nüfuzlu bir ölkəyə çevrilən müstəqil Azərbaycan gələcəkdə daha da inkişaf edərək yeni-yeni zirvələr fəth edəcək”.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək ulu öndər Heydər Əliyevin həyata keçirdiyi bir sıra tarixi əhəmiyyətə malik sərəncam və fərmanlardan bəhs edib, ümummilli liderin dövlərçiliyimizin qorunması naminə gördüyü işlərdən danışıb.

Bölmənin Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar onun həyat və çoxcəhətli siyasi fəaliyyətini əks etdirən çoxcildli kitablardan ibarət sərgi də təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: