Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümummilli lider Heydər Əliyev elm və təhsilə xüsusi diqqət və qayğı göstərib
10.05.2017 10:18
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyev elm və təhsilə xüsusi diqqət və qayğı göstərib

AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev ulu öndərin dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb. Bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin, azərbaycançılıq məfkurəsinin, milli ideologiyanın yaranması və inkişafı, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin elmə və elm adamlarına hər zaman qayğı göstərdiyini deyən akademik dahi şəxsiyyətin dövlətçilik prinsiplərinin bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə tükənməz fəaliyyətindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: