Belçikanın “Pythagoras” BVBA şirkətinin nümayəndəsi Jan Van Looy və şirkətin Azərbaycan təmsilçisi olan “Rubikon Geosystems” MMC-nin nümayəndələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
Qonaqlar əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər. Ə.Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqaməti və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Daha sonra şirkət nümayəndələri institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının üzvlərinə geodeziya, kartoqrafiya, topoqrafiya və kadastr işləri üçün nəzərdə tutulmuş, özündə ALS və CİS funksiyalarını birləşdirən “Pythagoras” adlı proqramı təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.