Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ağamusa Axundov xatirələrdə” adlı kitab çapdan çıxıb
03.05.2017 12:32
  • A-
  • A
  • A+

“Ağamusa Axundov xatirələrdə” adlı kitab çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Ağamusa Axundov xatirələrdə” adlı kitab nəşr edilib.

Kitabın redaktoru institutun direktoru, akademik Möhsün Nağısoylu və Ağamusa Axundovun qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.

Kitabda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Aygül Hacıyevanın görkəmli alimlə bağlı xatirələri yer alıb, onun dilçilik elmi sahəsindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi nailiyyətləri və nümunəvi həyat yolundan bəhs olunub.

Nəşrdə, həmçinin türkiyəli professorlar - Zeynəb Qorxmazın “Dəyərli həmkarım Ağamusa Axundovun xatirəsinə”, Şükrü Hüluk Akalının “Ağamusa Axundovun xatirəsinə”, Həmzə Zülfikarın “Ortaq türk dili haqqındakı fikirlər və termin problemləri”, Rasim Özyürəkin “Böyük dilçi, Respublika professoru Ağamusa Axundov”,  Dursun Yıldırımın “Sözün alimi Ağamusa Axundovla xatirələr”, Osman Fikri Sertkayanın “Akademik Ağamusa Axundovun ardınca” adlı məqalələri öz əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: