www.science.az
02.05.2017 15:01

Azərbaycanda vulkan püskürüb

Bu gün yerli vaxtla saat 07:56-da Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Vulkanın dərinliyi 4 km, püskürmənin davam etmə müddəti isə 4 dəqiqə olub.

Hazırda vulkan aktivliyi baş vermiş ərazidə təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

Qeyd edək ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı püskürməsinə görə dünyanın ən aktiv beş vulkanından birincisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.