Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA nümayəndə heyəti Avropa Araşdırma Təşkilatının Şərq Tərəfdaşlığı Şurasının iclasında iştirak edib
28.04.2017 11:37
  • A-
  • A
  • A+

AMEA nümayəndə heyəti Avropa Araşdırma Təşkilatının Şərq Tərəfdaşlığı Şurasının iclasında iştirak edib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İvane Javaxişvili adına Tbilisi Dövlət Universitetində Avropa Araşdırma Təşkilatının Şərq Tərəfdaşlığı Şurasının iclasında iştirak edib.

Nümayəndə heyətinin tərkibinə AMEA Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim MəmmədovFiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva və Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekologiyası şöbəsinin aparıcı elmi işçi Rauf Nadırov daxil idi.

İclasda Avropanın qabaqcıl alimlərinin tədqiqatlarını dəstəkləyən Avropa Tədqiqatlar Şurasının (ERC) 10 illik fəaliyyətinin nəticələri və Şərq Tərəfdaşlığı ölkələrinin bu illər ərzində “HORİZON-2020” proqramı çərçivəsində gördüyü işlər müzakirə olunub.

Toplantıda, həmçinin ERC-nin 2017-2020-ci illər üçün nəzərdə tutulan yeni proqramları barədə iştirakçılara məlumat verilib. 2014-2016-cı illərdə “HORİZON-2020” poqramı çərçivəsində Azərbaycanda görülən işlər, milli əlaqələndirici şəxslər şəbəkəsinin fəaliyyəti və perspektivlər haqqında Ulduz Həşimovanın məruzəsi dinlənilib.

Tədbir çərçivəsində AMEA nümayəndə heyəti ERC və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: