Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axeoqrafik sənədlərin təsviri” əsəri nəşr olunub
24.04.2017 09:28
  • A-
  • A
  • A+

“Axeoqrafik sənədlərin təsviri” əsəri nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun “Axeoqrafik sənədlərin təsviri” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunan əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və mühafizə edilən şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (bağışlanan əşyaların sənədləri) və digər rəsmi sənədlərin təsviri əksini tapıb.

Qeyd edək ki, kitab ilk dəfə 1969-cu ildə rus dilində nəşr edilib. Tarix elmləri doktoru Tahirə Həsənzadə tərəfindən tərcümə edilən kitaba ad göstəriciləri də əlavə edilib.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.A

  • Paylaş: