www.science.az
20.04.2017 15:44

Helsinki Universitetinin doktorantı İqtisadiyyat İnstitutunda mühazirə oxuyub

Aprelin 20-də Helsinki Universitetinin doktorantı Matti Ylönen AMEA İqtisadiyyat İnstitutunda “Yoxsulluqdan rifah dövlətinə: Finlandiya nümunəsi” mövzusunda mühazirə oxuyub.

Alim məruzəsində Finlandiya iqtisadiyyatının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, hazırda Finlandiyada adambaşına düşən ÜDM 41 min 800 dollardır və ölkə iqtisadiyyatının əsasını sənaye istehsalı təşkil edir. O, iqtisadiyyatın 21,6%-nin elektronika və maşınqayırmanın, 10,9%-nin kimyanın, 21,1%-nin nəqliyyatın, 13,1%-nin isə meşə sənayesinin payına düşdüyünü deyib.

M.Ylönen Finlandiyanın dünyanın ən stabil və təhlükəsiz ölkə olduğunu və gender bərabərliyinə mühüm önəm verdiyini bildirib: "Finlandiya sosial inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu ölkədə orta və ali təhsil pulsuzdur, dövlət tərəfindən maliyyələşdirilir".

Alim məruzəsinin sonunda dövlətin innovasiyalara və yeniliklərin tətbiqinə yaratdığı şəraitin özəl sektorun inkişafına təkan verdiyini söyləyib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.