www.science.az
20.04.2017 12:08

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 18 aprel 2017-ci il tarixində işıq üzü görüb.

Yeni sayda beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söhbət açılıb, bu yaxınlarda Bolqarıstan Respublikasında rəsmi səfərdə olan AMEA prezidenti, akademik Akif Əlizadənin həmin ölkənin vitse-prezidenti İliyana Yotova ilə, həmçinin digər bir sıra elm, təhsil ocaqlarında keçirilən görüşləri işıqlandırılıb. Akademik Ramiz Mehdiyevin Moskvada çap olunan “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabı haqqında məlumat, eləcə də “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı “Sıralı kainat” məqaləsində elmi-nəzəri məsələlər şərh olunub.   

Qəzetdə ilk dəfə Bakıda baş tutan “Qafqazşünasların Birinci Forumu”, dövlət başçısının Forum iştirakçılarına müraciəti, Şəkidə keçirilən “İqlim dəyişiklikləri və kimyəvi reagentlər – İpəkçilikdə yeni axtarışlar” mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransları ilə bağlı maraqlı məlumatlarla tanış olmaq olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.