Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.04.2017 10:45
  • A-
  • A
  • A+

Azərbaycanlı torpaqşünas alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər

Azərbaycanlı torpaqşünas alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər

8 iyul 2016-ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikası Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi sahələrində birgə elmi tədqiqat işlərinin aparılması məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müvafiq elmi tədqiqat proqramlarına uyğun olaraq şorlaşmış torpaqların məsafədən tədqiqi istiqamətində işlər davam etdirilir.

Aprelin 19-da ikitərəfli əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işlərinin gedişi ilə tanış olmaq məqsədi ilə Koreyanın Seul Milli Universitetinin professoru Hee-Myong Ro, doktor Junho Han və araşdırma mühəndisi Nam Young Jun Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

Görüşdə iki ölkə arasında torpaqşünaslıq sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bu əlaqələrin qurulmasında AMEA rəhbərliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının rolu xüsusi qeyd edilib.

Daha sonra koreyalı elm adamları ilə birgə layihə çərçivəsində alınmış “Termo” (İCP-OES) cihazının quraşdırılması prosesi müzakirə olunub.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun maddi-texniki bazası ilə tanış olan qonaqlar şorlaşmış torpaqların monitorinqi istiqamətində birgə elmi-texniki tədqiqat işlərinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Koreyalı alimlərin Azərbaycanda şorlaşmış  torpaqların vəziyyətini yerində öyrənmək məqsədi ilə “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı müvafiq Tədbirlər Planı”na əsasən pambıqçılığın inkişafında mühim yer tutan  Muğan düzünə,  Saatlı və Sabirabad rayonlarına səfərləri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: