Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.04.2017 15:01
  • A-
  • A
  • A+

Məktəblilər Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları ilə tanış olublar

Məktəblilər Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları ilə tanış olublar

Kimya-Biologiya Təmayüllü Respublika liseyinin şagirdləri və müəllim heyəti AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar.

Bu elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər daha sonra institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər.

Rəhbərlik etdiyi müəssisənin tarixi, burada əldə olunan nailiyyətlər barədə şagirdlərə məlumat verən akademik onların suallarını cavablandırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: