Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qurbağa seliyində qripə qarşı dərman aşkarlanıb
19.04.2017 12:42
  • A-
  • A
  • A+

Qurbağa seliyində qripə qarşı dərman aşkarlanıb

Hind alimləri Hydrophylax bahuvistara növünə aid qurbağaların qrip ştammlarını məhv etməyə qadir olan maddələr ifraz etdiyini müəyyən ediblər.

Tədqiqatçılar Hindistanın cənub hissəsində yaşayan amfibiyaların seliyində mövcüd olan müxtəlif zülal molekullarını təhlil edərək seliyin tərkibinə daxil olan 32 peptiddən dördünün antivirus xüsusiyyətlərinə malik olduğunu müəyyən ediblər. Onlardan yalnız biri – urumin adli peptid insanın qan hüceyrələri üçün zərərsizlik yoxlamasından uğurla keçib.

Bu maddənin qrip virusları üçün dağıdıcı təsir göstərdiyi sübuta yetirilib. Belə ki, urumin virus hissəciklərinin səthində yerləşən və onların əsas hüceyrəyə daxil olmasına imkan verən hemmaqlutinini (Н1) məhv edir.

www.mir24.tv

  • Paylaş: