Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
14.04.2017 12:07
  • A-
  • A
  • A+

“Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

AMEA Botanika İnstitutunda “Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə institutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyeva dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi barədə ətraflı məlumat verib. Bildirib ki, dərman bitkiləri üzrə bazada Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bolünüb və formalizə edilmiş informasiya burada yerləşdirilib. Sözügedən elektron baza məlumatları istənilən parametrlər üzrə qruplaşdırmaq, tələb olunan xassə və xüsusiyyətlərə malik bitkilər və bitki qrupları haqqında informasiyanı rəqəm və siyahı şəklində əldə etmək və digər əməliyyatlar aparmağa imkan yaradır.

Nadir bitkilər üzrə olan bazada isə növlərin həyati formaları, ekoloji qruplar, növlərin botaniki-coğrafi rayonlar və şaquli zonalıq üzrə paylanması, endem və nadirlik kateqoriyası üzrə göstəriciləri, GPS göstəriciləri, faydalı xüsusiyyətləri, populyasiyaların ontogenetik vəziyyəti və strukturu haqqında  dəqiq və ətraflı məlumatların olduğu əyani göstərilib. Həmçinin bazaya daxil olan hər bir növün yayılması üzrə elektron xəritənin onlayn istifadəsi izah edilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəal iştirak etdiyi seminarda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu məsələlərin müzakirəsi Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli strategiya və fəaliyyət planı, “Azərbaycan 2020: gələcəyə baxış” planı və s. həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: