Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Folklor İnstitutunun “İrs” folklor ansamblının disklər toplusu buraxılıb
13.04.2017 09:39
  • A-
  • A
  • A+

Folklor İnstitutunun “İrs” folklor ansamblının disklər toplusu buraxılıb

AMEA Folklor İnstitutunun “İrs” folklor ansamblının repertuarından ibarət disklər toplusu buraxılıb. Ansamblın repertuarına muğam, təsnif, aşıq havaları, xalq və bəstəkar mahnıları daxildir. 

Disklər toplusunun tərtibçiləri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və fil.ü.f.d. Elçin Abbasov, səs rejissoru isə Mahir İbrahimovdur.

Qeyd edək ki, “İrs” folkor ansamblı 1976-cı ildə folklor tədqiqatçısı, musiqişünas Sidqi Mustafayev və mərhum bəstəkar Rəşid Nəsiboğlu tərəfindən yaradılıb. 1981-ci ildə respublikanın mədəniyyət, incəsənət və elm xadimlərinin iştirakı ilə keçirilən baxışda ansamblın gördüyü işlər yüksək qiymətləndirilib və ansambla dövlət statusu verilib. 2002-ci ildən AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən ansambla respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova rəhbərlik edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: