Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümumrespublika seminarında real qazların tam energetik və dinamiki qeyri-tarazlıq halından bəhs olunub
12.04.2017 15:09
  • A-
  • A
  • A+

Ümumrespublika seminarında real qazların tam energetik və dinamiki qeyri-tarazlıq halından bəhs olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Real qazların tam energetik və dinamiki qeyri-tarazlıq halı” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş nitqi ilə bu müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Elmira Ramazanova və professor V.Əliyev tərəfindən təqdim olunan mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların zəruriliyindən danışıb. Bildirib ki, mövcud praktiki məlumatlara əsasən texnoloji parametrləri geniş diapazonda dəyişən çox funksional sistemdə təbii və səmt neft qazlarının “hasilatı, yığılması, hazırlanması və nəqli” texnoloji prosesində qazların istilik-fiziki-kimyəvi energetik halı xeyli dərəcədə dəyişir.

Alimin sözlərinə görə, araşdırmalardan sonra belə nəticəyə gəlinib ki, təbii və səmt neft qazları üçün mövcud olan hal tənliklərindən fərqli olaraq, yeni hal tənliyinin işlənilməsi çox aktualdır.

D.Hüseynov aparılmış tədqiqatların nəticələrinin respublika və xarici beynəlxalq konfranslarda müzakirə olunduğunu, həmçinin bir sıra nüfuzlu jurnallarda çap edildiyini bildirib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: