Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyindən bəhs edən monoqrafiya çapdan çıxıb
11.04.2017 09:45
  • A-
  • A
  • A+

Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyindən bəhs edən monoqrafiya çapdan çıxıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.f.d. Zabit Allahverdiyevin “Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyi” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada 1961-2010-cu illər ərzində qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə təsiri tədqiq edilib, həmçinin iqlim sisteminin təyini, onun müvəqqəti dəyişməsinin miqyası, mexanizmi, səbəbləri, gözlənilən dəyişiklikləri, adaptasiya və zəiflik məsələləri barədə məlumatlar yer alıb.

Yeni nəşr hidrometeorologiya ixtisası üzrə təhsil alan bakalavr, magistr, doktorantlar və elmi işçilər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: