Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Problemləri üzrə Elmi Şuranın iclasında 21 dissertasiya mövzusunun müzakirəsi aparılıb
10.04.2017 09:47
  • A-
  • A
  • A+

Tarix Problemləri üzrə Elmi Şuranın iclasında 21 dissertasiya mövzusunun müzakirəsi aparılıb

AMEA-nın Əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclası şuranın sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev açaraq gündəlikdəki məsələlər və şuranın tərkibindəki dəyişikliklə bağlı məlumat verib. O, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə şuraya yeni üzv təyin olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, t.ü.f.d. Rəcəb Əliyevin fəaliyyəti barədə məlumat verib, onu tədbir iştirakçılarına təqdim edib.

Ş.Mustafayev ölkədə tarix sahəsində aparılan tədqiqatların aktuallığına və elmi dəyərinə, xüsusilə dissertasiya mövzularının müasir tələblərə cavab verməsinə nəzarətin şuranın əsas fəaliyyət istiqamətlərini təşkil etdiyini bildirib. O, tədqiqinə ehtiyac duyulan mövzuların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

İclasda elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Vətən tarixi, ümumi tarix, arxeologiya, etnoqrafiya və etnologiya, beynəlxalq münasibətlər tarixi ixtisasları üzrə təqdim olunmuş 21 dissertasiya mövzusu müzakirə olunub. Onlardan 17-nin adı təsdiqlənib və müraciət edənlərə tədqiqatlarını düzgün formalaşdırmaları üçün müvafiq tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: