www.science.az
23.04.2017 10:56

28 aprel və 2 may tarixlərində AMEA-nın Ümumi yığıncaqları keçiriləcək

Aprelin 28-də Akademiyanın Əsas binasında keçiriləcək Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Mayın 2-də AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai ElmlərFizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.