Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Azərbaycan Tarixi Muzeyində “İslam Həmrəyliyi İli”nə həsr edilən növbəti tədbir keçirilib
06.04.2017 10:54
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “İslam Həmrəyliyi İli”nə həsr edilən növbəti tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamından irəli gələrək növbəti tədbir keçirilib.

Tədbirdə Bakı İslam Universitetinin müəllim və tələbələri, həmçinin muzey rəhbərliyi iştirak edib.

İclasda akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı, t.ü.f.d. Fərda Əsədov “Səudiyyə Ərəbistanı hökumətinin dini ziyarətlərin təşkili təcrübəsi: iki Müqəddəs Məscid Xadiminin qonaqları proqramı” adlı mühazirə ilə çıxış edib. Alim mühazirəsində Səudiyyə Ərəbistanı Krallığının qeyri-ərəb ölkələrinin alim və ictimai xadimləri üçün nəzərdə tutulmuş proqramı barədə məlumat verib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: