Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq
05.04.2017 13:23
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq

Aprelin 5-də Bakı Dövlət Universiteti (BDU) ilə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilədə rəsədxanada BDU-nun Astrofizika kafedrasının filialının yaradılması, birgə elmi tədqiqatların aparılması, konfrans, seminarların təşkili, tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ŞAR-ın direktoru,AMEA-nın müxbir üzvü Namiq Cəlilov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: