Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elm Tarixi İnstitutunun direktorunun məqaləsi SCOPUS indeksli jurnalda dərc olunub
05.04.2017 11:39
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun direktorunun məqaləsi SCOPUS indeksli jurnalda dərc olunub

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin “Azərbaycanda çoxmədəniyyətli ənənələrin tarixindən” adlı məqaləsi “SCOPUS” bazasında indeksləşən Böyük Britaniyanın Sosial Tarix Cəmiyyətinin “Bloomsbury” nəşriyyatının “Cultural & Social History” jurnalında nəşr olunub.

Məqalədə çoxmədəniyyətli və tolerant ölkə kimi tanınan Azərbaycanın dünya üçün bir nümunə olduğu qeyd edilir. Ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılır. Həmçinin müasir dövrdə ölkəmizdə müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətindən, bu sahədəki Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs olunur.

Material jurnalın redaksiya heyəti tərəfindən maraqla qarşılanıb.

Məqalənin tam mətnini http://www.cshjournal.org/ linkindən oxuya bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: