Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycanda zoologiyanın tarixinə dair oçerklər (1902-1980)" kitabı çapdan çıxıb
05.04.2017 10:31
  • A-
  • A
  • A+

"Azərbaycanda zoologiyanın tarixinə dair oçerklər (1902-1980)" kitabı çapdan çıxıb

AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşı Aida Zeynalovanın “Azərbaycanda zoologiyanın tarixinə dair oçerklər (1902-1980)” kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən rus dilində çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Nəşrdə 1902-ci ildən zoologiya sahəsində aparılan tədqiqatlar, Azərbaycan SSRİ EA-nın Zoologiya İnstitutunda elmi məktəbin yaranması barədə məlumat, həmçinin 10 görkəmli zooloq alimin tərcümeyi-halı yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: