Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2017 12:19
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun direktoru Rusiyada fəxri döş nişanı və diplomla təltif olunub

Elm Tarixi İnstitutunun direktoru Rusiyada fəxri döş nişanı və diplomla təltif olunub

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Rusiya Tarix Cəmiyyətinin və Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun birgə təşkil etdiyi “XXIII illik beynəlxalq elmi konfrans”da iştirak edib.

REA-nın Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun yaranmasının 85-ci ildönümünə həsr olunan beynəlxalq konfransın plenar iclasında azərbaycanlı alim “Tarixi retrospektivdə sovet alimlərinin Azərbaycan elminə töhfəsi” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi XX əsr Azərbaycan elminin inkişafında mühüm rol oynamış rusiyalı alimlər və tədqiqatçılar haqqında tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Azərbaycanlı alim, həmçinin REA-nın Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun direktoru D.Şerbinin ilə görüşüb. Görüşdə mövcud əlaqələr və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.

M.Seyidbəyli Təbiətşünaslıq və Texnika Tarixi İnstitutu tərəfindən “Elm və texnika tarixinə verdiyi töhfəyə görə” fəxri döş nişanı və diplomu ilə təltif olunub.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: