Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2017 10:05
  • A-
  • A
  • A+

“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilib

“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilib.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxış edərək bu faciənin heç zaman unudulmayacağını və hadisə ilə bağlı ciddi əlyazma qaynaqlarının olduğunu bildirib.

Sessiyada institutun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadənin “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar tarixi mənbələrdə”, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovun “Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsərində erməni vəhşilikləri”, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun "Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərində erməni terroru" və filologiya üzrə fəlsəfə doktoru Yusif Bağırovun “Üzeyir Hacıbəylinin publisistikasında mart soyqırımı” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, yunan tarixçisi Heredotun köçəri xalq adlandırdığı ermənilər Qafqazda, İranda və Türkiyədə dəfələrlə türklərə qarşı ən qəddar cinayətkar əməllərə əl atıblar. Həmçinin bildirilib ki, SSRİ dövründə erməni cinayətləri barədə əsərlərin çapı mümkün olmayıb və yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra arxivlərdə saxlanılan materiallar işıq üzü görüb.

Məruzələr ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: