AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirilir.
Martın 30–da Gənc Riyaziyyatçılar Məktəbinin “Birləşmələr nəzəriyyəsinin elementləri” mövzusunda ilk seminarı RMİ-də təşkil olunub. Seminarı institutun Qeyri-harmonik analiz şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vidadi Mirzəyev keçib.
Seminarda təklif olunan məsələlərin həllində şagirdlər fəallıq göstəriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.