Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2017 14:34
  • A-
  • A
  • A+

“İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

“İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

Martın 29-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Tədbir AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Fransanın Sofia-Antipolis Universitetinin Hüquq və Siyasi Elmlər fakültəsinin birğə təşkilatçılığı ilə baş tutdu.

Azərbaycanda akkreditə olunmuş ABŞ, Fransa, Mərakeş, Misir, Pakistan, Qazaxıstan və digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, prof. İlham Məmmədzadə açdı. Alim 2017-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu söyləyərək, onun regional və qlobal dünyəvi əhəmiyyətindən bəhs etdi.

Tədbirdə fransalı alimlər - professor Kristian Vallar “İslam və Respublika”, professor Ksavye Latur “Fransız olmaq”, professor Poline Türk “Dil identiklik: Fransada və Azərbaycanda azlıqların statusu” və professor Klodin Terrazzoni-Biblok “Respublika və İslamın bölünməzliyi” mövzusunda məruzələrlə çıxış etdilər. Alimlər müasir dövrdə İslam həmrəyliyinin əhəmiyyətini və böyük maraq doğurduğunu qeyd etdilər.

Konfransda Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Eynulla Mədətli, professor Zümrüd Quluzadə, f.ü.e.d. Füzuli Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək İslam həmrəyliyi təcrübəsində milli dəyərlərin yeri və əhəmiyyətindən, eləcə də İslam həmrəyliyinin mənəvi əsaslarından danışdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: