Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şəkidə "İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək
27.03.2017 10:23
  • A-
  • A
  • A+

Şəkidə "İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək

2-7 aprel 2017-ci il tarixlərində Şəkidə "İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı keçiriləcək.

AMEA-nın və bu qurumun Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan olan nümayəndələr iştirak edəcəklər.

Qeyd edək ki, BACSA 2005-ci ildə Özbəkistanda yaradılıb və 21 ölkəni əhatə edir. Təşkilatın Azərbaycan üzrə koordinatoru AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: