Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.03.2017 11:03
  • A-
  • A
  • A+

"Beyin axını" və Azərbaycan: elmi-sosioloji təhlil" kitabı çap olunub

"Beyin axını" və Azərbaycan: elmi-sosioloji təhlil" kitabı çap olunub

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Beyin axını" və Azərbaycan: elmi-sosioloji təhlil" kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitabın elmi redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, redaktoru jurnalist Hikmət Həsənov, elmi məsləhətçisi institutun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, rəyçisi isə İsveçin Stokholm şəhərinin Södermalm icra hakimiyyətinin sosial təminatı şöbəsinin rəis müavini Leyla Kianidir.

Kitabda miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan "beyin axını" tədqiq edilib. Qədim dövrdən bu günə qədər Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri və dünya təcrübəsində yeri araşdırılıb.

Nəşrdə, həmçinin ilk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı aparılan sorğunun nəticələri və sosioloji təhlili öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: