Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Geoloq alim Hikmət Mahmudovun biblioqrafiyası çapdan çıxıb
13.03.2017 14:26
  • A-
  • A
  • A+

Geoloq alim Hikmət Mahmudovun biblioqrafiyası çapdan çıxıb

AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, şair Hikmət Mahmudovun biblioqrafiyası işıq üzü görüb.

Prezident təqaüdünə layiq görülmüş görkəmli geoloq-alim və şairin 50 illik pedaqoji fəaliyyəti, ədəbi yaradıcılığının 1971-ci ildən indiyəqədərki dövrü kitabda əks olunub. Onun Azərbaycan, türk, rus, ingilis, alman, bolqar, gürcü, fars və digər dillərdə çap olunmuş 100-dən artıq elmi əsəri, o cümlədən monoqrafiya və dərs vəsaitləri, elmi məqalələri, 7 ixtirası haqqında məlumatlar biblioqrafiyada geniş yer alıb.

Azərbaycan və rus dillərində hazırlanmış 200 səhifəlik biblioqrafiya “Nurlan” nəşriyyatı tərəfindən çap edilib. Səyavuş Məmmədzadənin redaktəsi ilə yazılmış biblioqrafik toplu geoloq, şair və yazıçılar üçün nəzərdə tutulub.

Qeyd edək ki, H.Mahmudov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şairin sözlərinə bəstələnmiş mahnılar xalq artistləri – Zeynəb Xanlarova, Faiq Ağayev, Nisə Qasımova, İslam Rzayev, İlhamə Quliyeva, Mirzə Babayev, Məmmədbağır Bağırzadə tərəfindən ifa edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: