Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzinin yeni direktoru təyin olundu
20.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzinin yeni direktoru təyin olundu

AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad üzrə elmlər doktoru Fərman Qasımov vəzifəsindən azad edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq olunub.

F.Qasımov tutduğu vəzifədən öz xahişi əsasında azad olunub.

Digər bir qərarla həmin vəzifəyə hüquq üzrə fəlsəfə doktoru Azər Namazov təyin edilib. Qeyd edək ki, A.Namazov bu vəzifəyə təyin edilməmişdən əvvəl AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquqi təminat şöbəsinin rəisi idi. Şöbənin yeni rəisi vəzifəsinə isə A.Namazovun müavini, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: