15 mart 2017-ci il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda humanitar elmlər sahəsində əldə olunmuş nailiyyətlərə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilib.
Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.