Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər kök hüceyrələrindən süni rüşeym yaradıblar
06.03.2017 09:49
  • A-
  • A
  • A+

Alimlər kök hüceyrələrindən süni rüşeym yaradıblar

Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvafiq olublar. Əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

www.bbc.com saytına istinadla xəbər verir ki, tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdıraraq üç ölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu zaman ərzində hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıblar.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq.

Süni rüşeym yaratmaq istiqamətində edilən öncəki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

  • Paylaş: