Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimya sahəsindəki tədqiqatlara dair yeni monoqrafiya işıq üzü görüb
27.02.2017 14:13
  • A-
  • A
  • A+

Kimya sahəsindəki tədqiqatlara dair yeni monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının elmi işçisi Mahnur Cəfərlinin “Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” adlı monoqrafiyası işıq üzü görüb.

Kitabda ilk dəfə Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitlərinin turşu-əsas xassələri öyrənilib, onların funksional qruplarının dissosiasiya sabitləri hesablanıb, ionitlərin monomer analoqları ilə müqayisədə polimer matrisanın ionitlərin turşu-əsas xassələrinə təsiri aydınlaşdırılıb.

Yeni nəşrdə ilk dəfə Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitlərin funksional qrupları ilə metal-ionların əmələ gətirdiyi komplekslərin varlığı İQ-spektroskopiya vastəsi ilə təsdiqlənib və alınan komplekslərin davamlılıq sabitləri hesablanıb. Sink və qurğuşun (II) ionlarının Gümüşlü polimetal filizi yatağı konsentratından öyrənilən ionitlər vastəsilə ayırmağın nəzəri, praktik əsasları yoxlanılıb və müsbət praktiki nəticələr əldə edilib.

Monoqrafiya elmi ictimaiyyət və mövzu ilə maraqlanan tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: