NASA alimləri bu qənaətə gəliblər ki, Marsın cənub qütbündə ildə bir dəfə qar yağır.
Mütəxəssislər Marsa düşən qarın Yerdəki qarla eyni olmadığını bildiriblər. Alimlərin fikrincə, qış dövründə Marsda havanın temperaturu 128 dərəcəyə düşür. Nəticədə donmuş karbon qazı kristallar şəklində planetin səthinə çökür və nəticədə, qar örtüyü əmələ gəlir.