Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli filosof alimin 65 yaşı tamam olur
22.02.2017 10:40
  • A-
  • A
  • A+

Görkəmli filosof alimin 65 yaşı tamam olur

Fevralın 22-də görkəmli filosof, tanınmış alim və ictimai xadim, “Şöhrət” or­denli, AMEA-nın müx­­bir üzvü, professor Səlahəddin Sədrəddin oğlu Xəlilovun 65 yaşı tamam olur.

Səlahəddin Xəlilov 22 fev­ral 1952-ci ildə Borçalı mahalının Sarvan qəsəbəsində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Döv­lət Univer­si­te­­­tinin (indiki BDU) fi­zi­ka fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə həmin universitetin molekulyar fizika kafedrasında saxlanılmışdır.

O, 1976-cı ildə fəlsəfə üzrə fəlsəfə dok­to­ru, 1990-cı ildə fəlsəfə üzrə elmlər doktoru el­mi dərəcələrini almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçil­miş­dir.

2007-ci ildə Azərbaycan Dövlət Pe­da­qo­ji Universitetində fəlsəfə kafedrasının mü­diri vəzifəsində çalışmışdır.

Alim 1991-ci ildə Azərbaycanda özəl təhsil sis­­te­minin əsasını qoymuş, ilk ingilisdilli özəl gim­­na­ziya, humanitar liseyi və Azərbaycan Uni­ver­sitetini təsis etmişdir.

Professor S.Xəlilov fəlsəfədə yeni istiqamətlərdən biri olan Həyat fenomenologiyasının, “canlı ideya” təliminin yaradıcılarından biridir. O, sosial təfəkkür üçün xüsusi toplanma qaydası irəli sürmüş, sistem-struktur təhlil metodunu ilk dəfə elmşünaslığa tətbiq etmiş, elmin qnoseoloji və sosial modellərinin müqayisəsini vermişdir. Görkəmli filosof, həmçinin dünyanın alternativ riyazi modellərini və vektorial zaman konsepsiyasını irəli sürmüşdür.

O, Azərbaycanda və xarici ölkələrdə çap olunan 550-dən artıq elmi əsərin, o cümlədən 39 monoqrafiya və 15 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır. 

S.Xəlilov 1997-ci ildə Rusiya Ekologiya Aka­de­mi­ya­sının üzvü seçilmişdir. 1999-cu ildə onun adı Bey­nəl­xalq “Who is who?” ensiklopediyasına daxil edilmiş, 2000-ci ildə Avropa Ali Təhsil Cə­miy­yətinin üzvü seçilmişdir.

Alim 2000-ci ildən Ame­rika Fəlsəfə Assosiasiyasının, 2004-cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Təd­­qiqatlar Cəmiyyətinin, 2009-cu il­dən isə Amerika Siyasi Elmlər Assosiasi­ya­sı və Avropa Elm Fəlsəfəsi Asso­siasi­ya­sının üzvüdür. O, 2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elm­­lər” jurnalının baş redak­torudur.

2000-2005-ci illərdə İkinci çağırış Azərbay­can Respulikası Mil­li Məclisinin deputatı olmuşdur.

S.Xəlilov 2009-cu ildə Mü­hi­yəd­din İbn Ərəbi Cəmiyyətinə üzv seçil­miş­dir. 2010-cu ildən Elm, Mühən­­­dislik və Tex­­­no­logiya Beynəlxalq Akade­mi­ya­sının humanitar və sosial elmlər üzrə eks­per­tidir.

Filosof alim, həmçinin İSESKO-nun İslam Dünyası Uni­ver­­sitetləri Fede­ra­si­ya­sı­nın təmsilçisi, bir sıra xarici ölkə aka­de­mi­ya­la­rı­nın üz­vü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəl­səfələr arasında körpü” beynəl­xalq təş­ki­la­tı­nın həmsədri­dir.

S.Xəlilov 1987-ci ildə “Elmi-texniki tərəqqi: prob­lem­lər, perspektivlər” adlı kitabına görə Ümum­it­tifaq “Bilik” Cəmiyyətinin mükafatına, 1992-ci il­də Yusif Məmmədəliyev adına mükafata layiq gö­rülmüşdür.

Alim Azərbaycan Respub­li­kasının ictimai hə­ya­tın­da fəal iştirakına görə 2012-ci ildə “Şöhrət” or­deni ilə təltif edilmişdir.

Görkəmli elm mücahidini  65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, ictimai və elmi fəaliyyətində nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: