Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” kitabı nəşr olunub
17.02.2017 13:40
  • A-
  • A
  • A+

"Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” kitabı nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyev və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d., dosent İlkin Soltanlının həmmüəllifi olduqları “Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” adlı kitab çapdan çıxıb.

Kitabda yeni dövrün tələblərinə uyğun olaraq aqrar sahənin modernləşməsi istiqamətləri əsaslı şəkildə tədqiq edilib, onun rəqabət qabiliyyətliliyinin səmərəli təmin olunması yolları göstərilib.

Nəşrin elmi redaktoru i.e.d., professor S.Salahov, rəyçiləri i.e.d., prof. R.Ə.Balayev və i.e.d., prof. A.A.Rüstəmovdur.

Kitab bu sahə ilə məşğul olan mütəxəssislər və tədqiqatçılar, həmçinin ali məktəb müəllimləri, doktorantlar, magistrlər və bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: