Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair müzakirələr aparılıb
17.02.2017 10:21
  • A-
  • A
  • A+

İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair müzakirələr aparılıb

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko ilə görüşüb.

Görüşdə İsa Həbibbəyli ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlardan, bu sahələrə göstərilən dövlət qayğısından, Azərbaycan alimlərinin, xüsusilə də gənc tədqiqatçıların beynəlxalq layihələrdə fəal iştirakından söz açıb.

İtaliyalı qonaqlar informasiya texnologiyaları üzrə ali təhsil və peşə hazırlığı sahəsində birgə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini qeyd ediblər. Onlar Avropa İttifaqının dəstəyi ilə “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda layihəyə qrant ayrıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi əyani və distant təhsil formatında bakalavr hazırlamaq və istehsalatda çalışanların peşə hazırlığını təkmilləşdirməkdir.

Görüşdə peşə təhsili üzrə təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: