Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin ədəbi-bədii irsi Türkiyənin Qazi Universitetində tədris olunur
17.02.2017 10:13
  • A-
  • A
  • A+

Hüseyn Cavidin ədəbi-bədii irsi Türkiyənin Qazi Universitetində tədris olunur

Türkiyənin Qazi Universitetində görkəmli şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi-bədii və fəlsəfi irsi tədqiq edilir.

Bununla əlaqədar universitetin gənc tədqiqatçısı Dərya Arslan AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində elmi ezamiyyətdə olub.

D.Arslan elmi-tədqiqat işinin planları haqqında məlumat verib. Qonaq vurğulayıb ki, Qazi Universitetində professorlar Hüseyn Özbay və Ali Akıcı tərəfindən Cavidin ümumbəşəri fəlsəfi irsi geniş tədqiq və tədris olunur.

Muzeyin direktoru, filologiya elmləri doktoru G.Babaxanlı böyük şair Hüseyn Cavidin zəngin yaradıcılığının Qazi Universitetində tədqiqinin əhəmiyyətini vurğulayıb.

Sonra Dərya Arslan muzeyin ekspozisiyası ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: