Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək
07.02.2017 10:40
  • A-
  • A
  • A+

Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək

Fevralın 11-də alimlər Ay tutulmasının baş verəcəyi barədə xəbərdarlıq ediblər. Bu kosmik hadisəsinin ardınca səmada “Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Bu zaman o, Yer kürəsinə maksimal yaxın məsafəyə yaxınlaşacaq.

www.gogetnews.info saytı xəbər verir ki, Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur. 

Ay tutulması hadisəsini Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək.

 

  • Paylaş: