Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin əməkdaşının məqaləsi Türkiyənin “Kardaşlık” jurnalında dərc olunub
03.02.2017 11:36
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşının məqaləsi Türkiyənin “Kardaşlık” jurnalında dərc olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun (Yurdoğlu) yeni məqaləsi Türkiyə də dərc olunub. Gənc alimin “Naxçıvan və Kərkük bayatılarında variantlılıq məsələləri” adlı araşdırma məqaləsi İstanbulda fəaliyyət göstərən İraq türkmənlərinə məxsus Kərkük Vakfının “Kardaşlık” (kültür-sənət-ədəbiyyat və folklor) jurnalının sonuncu, 72-ci sayında oxuculara təqdim olunub.

Məqalədə tədqiqatçı türk xalqlarının ilkin folklor janrlarından biri olan bayatıların Naxçıvanda və Kərkükdə yayılan nümunələrinə nəzər salır və onların variatlılıq məsələlərinin öyrənilməsindən bəhs edir.

Məqalədə qədim türk yurdu Naxçıvanda folklor ekspedisiyalarından söz açılır. Diqqətə çatdırılır ki, folklor ekspedisiyaları zamanı muxtar respublika ərazilərində müxtəlif insanlardan xeyli yeni bayatılar toplanılıb, sistemləşdirilib, çap olunub. Həmin bayatıların bir çoxu Kərkük xoyratları ilə istər mövzu, istər məzmun, istərsə də janrın poetik strukturu baxımından yaxınlıq təşkil edir.

Məqalədə Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad, Şahbuz, Kəngərli və digər rayonlarından toplanılan bayatılarla İraq türkmənləri arasında yayılmış Kərkük bayatılarından nümunələr verilir. Göstərilir ki, Naxçıvan və Kərkük bayatılarının variantlılığında əsasən dialekt və ləhcə fərqləri, regionallıq, ən əsası isə uzun əsrlər bundan əvvəllərə gedib çıxan tarixilik xüsusi rol oynayır. Məqalədə Kərkük və Naxçıvan bayatılarını sistemli, ardıcıl və mövzular üzrə quruplaşdıraraq variantlılıq prinsipləri baxımından araşdırılmasına böyük ehtiyac olduğu nəzərə çatdırılır.

Üç dildə (türk, ingilis, ərəb) işıq üzü görən jurnalda gənc alimin məqaləsi Türkiyə türkçəsində oxuculara təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: