Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şeyx əs-Siləfi və Azərbaycan” adlı monoqrafiya nəşr olunub
02.02.2017 14:39
  • A-
  • A
  • A+

“Şeyx əs-Siləfi və Azərbaycan” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın “Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası işıq üzü görüb.

Kitabda XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah Şeyx əs-Siləfinin “Mucəm əs-Səfər” əsəri əsasında Azərbaycanın mədəni həyatı tədqiq edilir. Monoqrafiyada Azərbaycan mənşəli 117 din alimi, sufi şeyx və ədibi haqqında məlumat verilir.

Əsər görkəmli ziyalılarımızın tanıdılması və digər İslam ölkələri ilə Azərbaycan arasındakı elmi-ədəbi əlaqələrin öyrənilməsi baxımından qiymətli tədqiqatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: