Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları Fonduna yeni materiallar daxil olub
31.01.2017 13:41
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları Fonduna yeni materiallar daxil olub

Bu günlərdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar təqdim olunub. A.Cəbrayılbəylinin qohumu Ş.Qasımov tərəfindən muzeyə verilən yeni materiallar - möhür qabı, təsbeh və nəfəs musiqi alətidir.

XIX əsrin sonuna aid olan bu eksponatların muzeyə təqdim olunması zəngin mədəni irsimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Qeyd edək ki, Adil bəy Cəbrayılbəyli Azərbaycanın görkəmli ziyalısı, yazıçı və əməkdar müəllimi Camo Cəbrayılbəylinin atasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: