Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” adlı monoqrafiya nəşr olunub
24.01.2017 10:54
  • A-
  • A
  • A+

“Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” adlı monoqrafiya nəşr olunub

AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyev  və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, i.f.d. Toğrul Poluxovun həmhəmmüəllifi olduqları “Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” kitabı nəşr olunub.

Kitab Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən çapa tövsiyyə edilib. Nəşrin elmi redaktoru T.Əliyev, rəyçiləri professorlar M.Atakişiyev və V. Novruzovdur.

Monoqrafiyada sənaye müəssisələrinin idarə edilməsi prosesində kontrollinqin təşkilinin nəzəri-metodoloji aspektləri – təkamülü, mahiyyəti, növləri, formalaşmasının texnologiyası, iqtisadi əhəmiyyəti şərh edilib. Bu sahədə beynəlxalq təcrübə, ölkənin neftqazçıxarma sənaye müəssisələrində kontrollinq elementlərinin təşkilinin mövcud vəziyyəti, istehsalın səmərəliliyinə təsiri sistemli yanaşma əsasında təhlil olunub. Çoxsaylı ehtiyat imkanlarının səmərəli istifadə yolları, həmçinin müəssisələrdə kontrollinq sisteminin yaradılması və tətbiqi alqoritmi, tədqiq edilən sahənin idarəetmə səviyyələrinin formalaşdırılması və inkişafının zəruriliyi əsaslandırılıb, kontrollinq xərclərinin idarə olunması üzrə neftqazçıxarma sənayesi müəssisələrində xərclərin idarə olunması üzrə funksional - məqsədli modeli riyazi olaraq verilibr.

Monoqrafiya sənaye müəssisələrinin mütəxəssisləri, elmi tədqiqat institutlarının işçiləri, ixtisasartırma institutlarının əməkdaşları, eləcə də ali məktəb tələbələri, doktorant və magistrantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: