Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2017 10:05
  • A-
  • A
  • A+

20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsidir

20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsidir

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Şuranın sədri, dosent Famin Salmanov 27 il öncə baş vermiş 20 Yanvar hadisəsinin müstəqilliyimizin qazanılmasında xüsusi rolu olduğunu bildirib. Natiq qeyd edib ki, hər bir azərbaycanlının bu faciə ilə bağlı mənəvi borcları var və gənclərimiz bu faciənin beynəlxalq səviyyədə ictimailəşdirilməsində davamlı fəaliyyət göstərməlidirlər. 

Sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun gənc alimi Raisa Cəfərova, Nizami adına Ədəbiyyat İnstitutunun gənc alimi Aynurə Paşayeva, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin rəhbəri, professor Sayalı Sadıqova, həmin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Cahid İsmayiloglu, Polimer Materialları İnstitutunun gənc tədqiqatçısı Nüşabə Arzumanova çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüzündən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixində tutduğu mövqedən söhbət açıblar.

Qeyd edək ki, 20 Yanvar faciəsində AMEA Polimer Materialları İnstitutunun 3 (kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova), Riyaziyyat və Mexanika İnstitutunun 1 əməkdaşı (Yusif Sadıqov) şəhid olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: