Heydər Əliyev Fondu, AR Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransada dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Tədbirdə ölkəmizi AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli təmsil edəcək.
Tədbir Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi tanıdılması və qəbul olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.