Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Xoşbəxt Yusifzadənin kitabı Vyetnamda çap edilib
17.01.2017 17:02
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadənin kitabı Vyetnamda çap edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı irihəcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilib.

Qeyd edək ki, Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. O, ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına və elmin təşkilinə böyük qüvvə sərf edib.

X.Yusifzadə Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə bu ölkənin “Dostluq” ordeni ilə təltif olunub. Orden alimə 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: