www.science.az
17.01.2017 16:33

AMEA-nın Fizika İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Fizika İnstitutunda “Ümumi fizika” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun sədrlik etdiyi imtahan komissiyasına bu müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, elmi katib, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, fizika-riyaziyyat elmləri doktorları Abasət İsayev, Mirbaba Babayevİlham Həsənov daxildirlər.

Test üsulu ilə keçirilən imtahanda doktoranturaya sənəd verən 11 nəfərdən 10-u iştirak edib. 2016-2017-ci il tədris ili üçün fəlsəfə doktoru üzrə hazırlığa Fizika İnstitutuna  əyani doktoranturaya 5 yer ayrılıb.

Bundan sonra onlar xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. İmtahanlar bitdikdən sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.