Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb
16.01.2017 14:26
  • A-
  • A
  • A+

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb.

Nəfis şəkildə tərtib olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.

Kitabda 1996-2016-cı illər ərzində Zaqatala bölgəsindən, xüsusilə də Qımır, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyan, Car, Mamrıx, Zəyəm, Bəhmədli kəndlərindən toplanmış mövsüm-mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar və s. öz əksini tapıb.

Nəşrə daxil edilən janrlar içərisində lətifələr xüsusilə seçilir.

Kitaba aşıq və el şairlərimizin şeirləri, deyişmələri və “Aleybadlı Aşıq Hüseyn”, “Bəhrinazla Aşıq Mədət”, “Tale ilə Aşıq Mədət” dastanları da daxil edilib.

Azərbaycan folkloru atlasının yaradılmasına yeni töhfə hesab edilən nəşr ali məktəb müəllimləri və tələbələri, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: