Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Hacıbaba Zeynalova məxsus əşyalar hədiyyə edilib
11.01.2017 17:07
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Hacıbaba Zeynalova məxsus əşyalar hədiyyə edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Sovet ordusunun general-mayoru Hacıbaba Zeynalova məxsus kortik və qol saatı bağışlanılıb.

Kortikin dəstəyi açıq qəhvəyi rənglidir, baş hissəsi qızıl suyuna salınmış latundandır. Dəstəyin üzərində SSRİ-nin qerbi və beş güşəli ulduz, tiyənin üzərində isə “1955” və “NM 0784” yazısı həkk olunub.

Digər eksponat isə korpusu sarı metaldan olan qol saatıdır. Saatın arxa hissəsində rus dilində - «Генерал-майору запаса Зейналову Г. В день 50-летия Вооруженных сил. От министра обороны СССР». «Противоударные. Пылезашитные. 2214» yazısı həkk olunub.

Materiallar muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: